ABŞ-da soyuqdan donanların sayı 21-ə çatdı

ABŞ-da soyuqdan donanların sayı 21-ə çatdı

2 Fevral 2019 08:21
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-da 3 gündür hökm sürən dondurucu soyuqlar səbəbindən ölənlərin sayı artıb.

"Qafqazinfo" İHA-ya istinadən xəbər verir ki, bəzi ştatlarda temperatur mənfi 30 dərəcəyə qədər enib. Bir çox çay və göl donub, yüzlərlə magistral yol bağlanıb.

Son məlumatlara görə, donaraq ölənlərin sayı 21 nəfərə çatıb. Donma səbəbindən ağır halda xəstəxanaya yerləşdirilən 50 nəfərin müalicəsi isə davam etdirilir.

Qeyd edək ki, hazırda ABŞ-da son 25 ilin ən soyuq qışı yaşanır.