Yataqxanada yanğın olub

Yataqxanada yanğın olub

1 Fevral 2019 08:49
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhərinin Binəqədi rayonunda məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində ümumi sahəsi 32 m² olan ikiotaqlı mənzildə ev əşyaları 10 m² sahədə yanmış, yüksək temperaturdan 2 ədəd məişət avadanlığı ərimişdir.

Mediainfo.az-ın verdiyi xəbərə görə, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənmiş, 5 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunmuşdur. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Lifdə qalan xilas edilib

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.