Braziliyada daşqın qurbanlarının sayı 110-a çatıb
Ötən həftə Braziliyanın cənub-şərqində bəndin dağılması nəticəsində ölənlərin sayı 110 nəfərə çatıb.
Bunu cümə axşamı Minas-Jerays ştatının mülki müdafiə xidmətinin nümayəndəsi, podpolkovnik Flaviu Qodinyu deyib.
"Hazırda ölənlərin sayı 110 nəfər təşkil edir, onlardan 71 nəfərinin şəxsiyyəti müəyyən edilib", - deyə o, "Globo" telekanalının yayımladığı mətbuat konfransında bildirib.
Daha əvvəl 99 nəfərin öldüyü məlum idi.
Qodinyu əlavə edib ki, daha 238 nəfər itkin düşmüş hesab olunur. Report
Digər xəbərlər








































.jpg)
.jpg)
.jpg)


















































