Futbolçunun yoxa çıxdığı təyyarəyə aid kreslo tapıldı

Futbolçunun yoxa çıxdığı təyyarəyə aid kreslo tapıldı

30 Yanvar 2019 21:09
Bəyəndim (0) Bəyənmədim (0)

Təyyarəsi yoxa çıxan Emiliano Salanın axtarışı ilə bağlı yeni məlumat yayılıb.

Təyyarəni axtaran tədqiqatçılar Salanın olduğu təyyarəyə aid kreslo parçalarını Fransa sahilləri yaxınlığında tapıb.

Bu tapıntıdan sonra axtarışlar suyun altında davam etdiriləcək.

Xatırladaq ki, Fransanın "Nant" klubundan Uelsin "Kardiff-Siti" klubuna transfer edildikdən sonra Nant şəhərindən Uelsin paytaxtına uçan 28 yaşlı argentinalı hücumçunu aparan təyyarə yanvarın 21-də La-Manşdakı Normand adalarında radarlardan itmişdi. Fransa polisi günlərlə heç bir xəbər alınmayan təyyarənin axtarışlarının dayandırıldığını elan etmişdi.Axar.az