Metro stansiyasının qarşısında yeniyetməni maşın vurub

Metro stansiyasının qarşısında yeniyetməni maşın vurub

30 Yanvar 2019 10:29
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Nəsimi rayonu ərazisində - 20 Yanvar dairəsində (metronun eyniadlı stansiyasının qarşısı) naməlum avtomobil 14 yaşlı oğlanı vurub. Hadisəni törədən sürücü nəqliyyat vasitəsi ilə hərəkətini davam etdirərək uzaqlaşıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı Nəsimi rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir. (publika.az)