Sabirabad, Şəmkir və Tərtərdə yanğın olub
Tərtər rayonunun Ələsgərli kəndində ümumi sahəsi 56 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və dam örtüyü 20 m² sahədə yanmışdır.
Mediainfo.az-ın verdiyi xəbərə görə, köməkçi tikilinin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.
Sabirabad rayonunun Suqovuşan kəndində ümumi sahəsi 130 m² olan birmərtəbəli 3 otaqlı evin qamışdan ibarət tavanı və dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;
Şəmkir rayonunda ümumi sahəsi 20 m² olan tikilinin yanar konstruksiyaları və içərisindəki əşyalar yanmışdır. Yaxınlıqdakı mağaza yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.












.jpg)






































.jpg)









































