Goranboyda və Yardımlıda yanğın olub

Goranboyda və Yardımlıda yanğın olub

28 Yanvar 2019 09:25
Bəyəndim (0) Bəyənmədim (0)

Goranboy rayonunun Kələk kəndində ümumi sahəsi 80 m² olan talvarın yanar konstruksiyaları 40 m² sahədə və altına yığılmış 10 ton ot bağlamasının 6 tonu yanmışdır.

Mediainfo.az-ın verdiyi xəbərə görə, talvarın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Yardımlı rayonunun Kürəkçi kəndində ümumi sahəsi 54 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 7 ton ot bağlamasının 3 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.