
Ağdam və Füzulidə atəşkəs pozuldu
Düşmən cavab atəşi ilə susduruldu
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı
qüvvələrinin bölmələri fevralın 1-də saat 22.40-dan 22.43-dək Ağdam rayonunun Mərzili
kəndi yaxınlığında yerləşən mövqelərdən, fevralın 2-də saat 01.10-dan 01.15-dək
Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan
Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə
tutublar. Düşmən cavab atəşi ilə susdurulub.
O.M.
Digər xəbərlər