Həbib Nurməhəmmədovu məğlub edən azərbaycanlı  qripdən dünyasını dəyişdi

Həbib Nurməhəmmədovu məğlub edən azərbaycanlı qripdən dünyasını dəyişdi

27 Yanvar 2019 18:48
Bəyəndim (0) Bəyənmədim (0)

Qaydasız döyüş üzrə dünya çempionu Xamis Məmmədov dünyasını dəyişib.

İdmançının ölüm səbəbi qripdir. Onun nəşi dəfn olunması üçün Sabirabada aparılıb.

Məsələ ilə bağlı Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova faktı təsdiqləyib.

S.Məmmədova bildirib ki, Xamis Məmmədov bir müddət əvvəl soyuqdəymədən müalicə alıb: "Daha sonra xəstəlik şiddətlənib və onun bədənində iltihabi proses baş verib. Təəssüf ki, idmançı dünyasını dəyişib".

Xatırladaq ki, Xamis Məmmədov dünyaca məşhur döyüşçü Həbib Nurməhəmmədovu məğlub edən yeganə azərbaycanlı idi.

"Bu, 2007-ci ildə olub. 68 kiloqram çəkidə qarşılaşdıq. Döyüş sambosunda 3 rəqibi keçdim. 4-cü rəqibim Həbib oldu. Ona da 2:1 hesabı ilə qalib gəldim", - deyə idmançı bildirmişdi. (modern.az)