Güclü qar Moskvada  həyatı iflic edib

Güclü qar Moskvada həyatı iflic edib

27 Yanvar 2019 12:51
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın paytaxtı Moskvaya güclü qar yağıb.

Mediainfo.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, qarın hündürlüyü bəzi yerlərdə 60-70 sm-ə çatıb. Qarla bərabər güclü çovğun Moskvada həyatı iflic edib. Xüsusi ilə yağan qar nəqliyyatın işini daha da çətinləşdirib. Moskvadakı hava limanlarında əksər uçuşlar təxirə salınıb. Qarlı və çovğunlu havanın hələ sabah da davam edəcəyi gözlənilir.