Liftdə köməksiz qalan br nəfər xilas edilib

Liftdə köməksiz qalan br nəfər xilas edilib

26 Yanvar 2019 08:17
Bəyəndim (0) Bəyənmədim (0)

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır.

Mediainfo.az-ın verdiyi xəbərə görə, çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.

Bakı şəhərinin Qaradağ rayonunda isə "HOWO" markalı yük avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.