Turistlərin təyyarəsi vertolyotla toqquşdu

Turistlərin təyyarəsi vertolyotla toqquşdu

26 Yanvar 2019 08:15
Bəyəndim (0) Bəyənmədim (0)

İtaliyanın cənub-qərbində turistlərin olduğu təyyarə ilə helikopter toqquşub.

"Qafqazinfo" xarici mediaya istinadən xəbər verir ki, ilkin məlumata görə, 4 nəfər ölüb, 2 nəfər yaralanıb.

Hadisə yerində xilasedicilər işləyir.

***

DHA-nın xəbərinə görə, hadisə Alp dağlarında baş verib.

Məlumata görə, "AS350" tipli helikopterlə "Jodel D.140E" tipli təyyarə toqquşub.

Axtarışlar nəticəsində daha bir nəfərin cəsədi tapılıb. Beləliklə, qəzada ölənlərin sayı 5-ə çatıb.