Moskvaya güclü qar yağacaq: "Sarı" təhlükə səviyyəsi elan edilib

Moskvaya güclü qar yağacaq: "Sarı" təhlükə səviyyəsi elan edilib

25 Yanvar 2019 15:07
Bəyəndim (0) Bəyənmədim (0)

Yanvar ayının 26-dan başlayaraq Moskvaya intensiv şəkildə qar yağacağı gözlənilir.

Mediainfo.az-ın russian.rt-yə istinadən verdiyi xəbərə görə, bu barədə Moskvadakı "Fobos" hava mərkəzinin yaydığı məlumatda deyilir: "Həftənin 6-cü günündən başlayaraq Moskvaya intensiv şəkildə qar yağmağa başlayacaq. 2 gün ara vermədən yağacağı gözlənilən qarın hündürlüyü 55-65 sm-ə çatacaq. Bu müddət ərzində Moskvaya aylıq yağıntı normasının yarısı qədər qar yağacaq. Qar güclü külək və tufanla müşayət ediləcək".

Hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar Moskvada "sarı" təhlükə səviyyəsi elan edilib. Şəxsi maşın sahiblərinə mümkün qədər avtomobildən istifadə etməmək, əhaliyə ehtiyac olmadığı halda küçələrə çıxmamaq tövsiyə edilib.

"