“Gənclik Mall”un qarşısında bahalı maşın yandı

“Gənclik Mall”un qarşısında bahalı maşın yandı

23 Yanvar 2019 14:13
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda yanğın hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə Fətəli Xan Xoyski küçəsində küçəsində "Gənclik Mall"un qarşısında qeydə alınıb. "Mercedes E-class" markalı avtomobil alış-veriş mərkəzinin qarşısında alışıb.

Avtomobildə və ətraf maşınlarda olan yanğınsöndürən balonların köməyi ilə alov söndürülüb.

Hadisə yerinə FHN əməkdaşları da cəlb olunub.