
Gürcüstanda “donuz qripi” can almaqda davam edir
Gürcüstanda donuz qripi daha bir nəfərin ölməsinə yol açıb.
Mediainfo.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu dəfə donuz qripinin qurbanı Kutaisi şəhərində 32 yaşlı qadın olub. Ölən qadın bu yaxınlarda ana olmuşdu. Beləliklə Gürcüstanda donuz qripindən ölənlərin sayı 19-a çatıb. Hazırda Gürcüstanda 800 nəfər donuz qripindən müalicə olunur.
Qeyd edək ki Gürcüstanda donuz qripindən ölənlər arasında 2 nəfər azərbaycanlı da var.
Digər xəbərlər