
Abxaziyada 3 rusiyalı hərbçi həlak olub
Abxaziyada Rusiya hərbçilərinin olduğu Piyadanın Döyüş Maşını (PDM) dərəyə yuvarlanıb.
Mediainfo.az-ın russian.rt.com-a istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 3 rusiyalı hərbçi həlak olub, iki nəfər isə yaralanıb. Bununla əlaqədar Cənub hərbi dairəsi mətbuat xidmətinin yaydığı məlumatda deyilir: "Yanvar ayının 18-də Tsabal hərbi poliqonundan daimi dislokasiya yerinə qayıdan Piyadanın Döyüş Maşını (PDM-80) dərəyə yuvarlanıb Nəticədə 3 hərbçi həlak olub, 2 nəfər isə yaralanıb".
Hadisənin təhqiqi ilə bağlı yaradılan komissiyanın ilkin rəyinə görə qəzaya səbəb PDM-80-dakı texniki nasazlıq olub.
Digər xəbərlər