Sabunçuda  ev yanıb, Mincəçevirdə uşaq xilas edilib

Sabunçuda ev yanıb, Mincəçevirdə uşaq xilas edilib

21 Yanvar 2019 09:44
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 60 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının tavanı 4 m² sahədə və döşəməsi 2 m² sahədə yanmışdır.

Mediainfo.az-a FHN-dan verilən məlunmata görə, evin bir hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhərində 2 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Çağırış ünvanına cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və azyaşlıları aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.