
Daxili İşlər Nazirliyində yerdəyişmə baş verdi
Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlərlə Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) rəisi Təhmasib İbrahimov Beyləqan RPŞ-yə, Yardımlı RPŞ-nin rəisi Şamil Seyidli Ağcabədi RPŞ-yə, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin rəisi Fəqan Azadəliyev Yardımlı RPŞ-yə, Gədəbəy RPŞ-nin rəisi Şirzad Əsgərov Göygöl RPŞ-ə, Göygöl RPŞ-nin rəisi Məhərrəm Quliyev isə Gədəbəy RPŞ-yə rəis təyin ediliblər.
O.M.
Digər xəbərlər