Abşeron yarımadasında küləyin sürəti 28- 36 m/s təşkil edir

Abşeron yarımadasında küləyin sürəti 28- 36 m/s təşkil edir

17 Yanvar 2019 13:56
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda küləkli hava davam edir.

Mediainfo.az-a ETSN-dan verilən xəbərə görə, hazırda Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti 28- 36 m/s təşkil edir. Dalğanın hündürlüyü Günəşli yatağında 5,3 metrdir. Respublika ərazisinin əksər rayonlarında, eyni zamanda paytaxtda yağıntılı hava şəraiti müşahidə olunur. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcə isti təşkil edir və sulu qar yağır.