Bakıda, Tovuzda və Gədəbəydə yanğın olub

Bakıda, Tovuzda və Gədəbəydə yanğın olub

17 Yanvar 2019 09:11
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhərinin Nəsimi rayonunda ümumi sahəsi 25 m² olan qarajın içərisində "VAZ" markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanmışdır. Avtomobilin qalan hissəsi və qaraj yanğından mühafizə olunmuşdur.

Medaiainfo.az-a FHN-dan verilən xəbərə görə, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Bakı şəhərinin Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 62 m² olan 3 otaqlı mənzilin mətbəxində 8 m² sahədə mebel və 3 ədəd məişət avadanlığı yanmışdır. Yanğın zamanı mənzildən 4 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilmişdir. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Tovuz rayonunun Əlibəyli kəndində ümumi sahəsi 70 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə və içərisinə yığılmış 10 ton ot bağlamasının 4 tonu yanmışdır. Köməkçi tikilinin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Gədəbəy rayonunun Novosaratovka kəndində ümumi sahəsi 20 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları yanmışdır. Tövlənin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.