Tiflisdə güclü partlayış: Ölkədə matəm elan edildi

Tiflisdə güclü partlayış: Ölkədə matəm elan edildi

17 Yanvar 2019 06:31
Bəyəndim (0) Bəyənmədim (0)

Tiflisin Didi Diqomi rayonunda yerləşən yaşayış binasında qaz sızması səbəbindən baş verən partlayış nəticəsində 3 nəfər həlak olu.

Bu barədə ölkənin Səhiyyə naziri David Sergeyenko məlumat verib.

Partlayış nəticəsində 7 nəfər yaralanıb, onlardan 6-ı azyaşlıdır.

Yaralılardan birinin vəziyyətinin ağır olduğu deyilib.

***

Partlayış zamanı yaralanan 4 yaşlı qızcığaz dünyasını dəyişib.

***

Baş vermiş faciə ilə əlaqədar yanvarın 17-si Gürcüstanda matəm elan edilib.

Bununla bağlı Baş nazir Mamuka Baxtadze müvafiq sərəncam imzalayıb.Axar.az