Eks prezidentin oğlu donuz qripinə yoluxub

Eks prezidentin oğlu donuz qripinə yoluxub

15 Yanvar 2019 13:00
Bəyəndim (0) Bəyənmədim (0)

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin oğlu Nikolaz donuz qripinə yoluxub.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə hazırda ABŞ-da olan Mixail Saakaşvili özünün Tvitter səhifəsində yazıb. Bununla bağlı videomüraciətində Saakaşvili bildirib ki, oğluna donuz qripi diaqnozunu Tbilisi ətrafındakı Luqar laboratoriyasında qoyublar. Son məlumata görə, əksər tanınmış səhiyyə mütəxəssisləri Gürcüstanda yayılan donuz qripinə görə, Luqar laboratoriyasını günahlandırırlar. Hazırda Gürcüstanda donuz qripinə yoluxan 9 min nəfər xəstə qeydə alınıb.