Bakıda, Samuxda və Bərdədə yanğın baş verib

Bakıda, Samuxda və Bərdədə yanğın baş verib

15 Yanvar 2019 09:44
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 600 m² olan dördmərtəbəli 12 otaqlı evin 1-ci mərtəbəsində yerləşən hamam otağının taxtadan ibarət üzlüyü 3 m² sahədə yanmış, yüksək temperaturdan sanitar qovşağının lambirindən ibarət tavanı 3 m² sahədə və evin giriş hissəsində 2 ədəd məişət avadanlığı ərimişdir.

Mediainfo.az-a FHN-dan verilən xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Samux rayonunda ümumi sahəsi 270 m² olan tikilinin (ferma kimi fəaliyyət göstərir) yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Bərdə rayonunun Bala Ərəblər kəndində ümumi sahəsi 35 m2 olan köməkçi tikilinin dam örtüyünün taxta atmaları 17 m2 sahədə və içərisində 1 ədəd məişət avadanlığı yanmışdır. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.​

Geri