Nyu-York metrosunda aksiya — Şalvarını çıxaran vaqona mindi

Nyu-York metrosunda aksiya — Şalvarını çıxaran vaqona mindi

14 Yanvar 2019 15:22
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-da ənənəvi "Şalvarsız metro səfəri" aksiyasının sayca 18-cisi baş tutub.

Nyu-Yorkda başlayan və dünyanın onlarla şəhərinə yayılan aksiyaya bu il də maraq böyük olub. Nyu-Yorkla yanaşı Berlin, Amsterdam, Praqa və London kimi şəhərlərdə minlərlə şalvarsız sərnişin metrolara enib.

Nyu-Yorkda tempratur mənfi 5 dərəcə olsa da, aksiya iştirakçıları metroda şalvarlarını çıxarıblar. Yarıçılpaq metroya minən aksiya iştirakçıları insanların diqqətini cəlb edib. Polis aksiya iştirakçılarına müdaxilə etməyib. (ölkə.az)