Rusiya peyki ilə əlaqə kəsildi

Rusiya peyki ilə əlaqə kəsildi

12 Yanvar 2019 22:07
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya yeganə kosmos teleskopu olan "Spektr-R" peykindən xəbər ala bilmir.

Bu barədə Rusiya Elmlər Akademiyasının Astro Kosmos Mərkəzinin direktoru Nikolay Kardaşev məlumat yayıb. Onun sözlərinə görə, rusiyalı mütəxəssislər teleskopla əlaqə yaratmaq üçün müxtəlif üsullardan istifadə etsələr də, buna nail ola bilməyiblər.

Qeyd edək ki, "Spektr-R" teleskopu 2011-ci ildə kosmosa göndərilib.Axar.az