Avropada dəhşətli soyuqlardan 16 nəfər ölüb

Avropada dəhşətli soyuqlardan 16 nəfər ölüb

11 Yanvar 2019 15:37
Bəyəndim (0) Bəyənmədim (0)

Avropada dəhşətli soyuqlar davam etməkdədir.

Mediainfo.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, əksər Avropa ölkələrinə yağan güclü qar həyatı iflic edib. Bəzi yerlərdə, xüsusi ilə Avstriyada qarın hündürlüyü 3 metrə çatıb. Avstriyada xizək sürən iki nəfər itkin düşüb, Zalsburq şəhərində isə 1 nəfər soyuqdan donaraq ölüb. Almaniayada isə şaxtalı havalar nəticəsində bir nəfər soyuqdan donaraq ölüb, digər biri isə qar uçqunu altında qalıb. Dəhşətli soyuqlardan Norveçdə 4, Slovakiyada isə bir nəfər ölüb. Yunanıstanda da da soyuq hava davam edir. Burada mənfi 23 dərəcə şaxta qeydə alınıb. Ümumilikdə Avropada dəhşətli soyuqlardan bu günə kimi 16 nəfər ölüb.