
Fransada təyyarə qəzası baş verib: Ölənlər var
Fransanın şərqində "Mirage2000" tipli qırıcı təyyarə qəzaya uğrayıb.
Mediainfo.az-ın rambler.ru-ya istinadən verdiyi xəbərə görə, qəza nəticəsində qırıcı təyyarənin hər iki pilotu ölüb. Fransanın müdafiə naziri Florans Parli bu faktı təsdiqləyərək həlak olanların ailəsinə başsağlığı verib.
Qeyd edək ki, qırıcı ilə əlaqə Yura dağ massivi üzərindən uçan zaman kəsilib. Axtarış əməliyyatları nəticəsində təyyarənin qalıqları və təyyarəçilərdən birinin paraşütü tapılıb. Həlak olanlardan birinin qadın təyyarəçi leytenant Odri Mişlo olduğu bildirilir.
Digər xəbərlər