
Qubada ağır qəza: 3 ölü, 1 yaralı
Quba rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisə baş verib.
Hadisə Quba-Xaçmaz yolunun rayonun Zərdabi qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
2 avtomobilin toqquşması nəticəsində baş verən qəzada sürücü, Rustov kənd sakini, 1979-cu il təvəllüdlü Ramin Əlfəddin oğlu Seyidəhmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə zaman 3 nəfər faciəvi şəkildə ölüb.
Ölənlər:
Xaçmaz rayon sakinləri -
Coşqun Kamil oğlu Qasımov,
Zakir Eldəniz oğlu Abasov,
Nahid Teymur oğlu Məmmədov.
Faktla bağlı araşdırmalara başlanılıb. (report)
Digər xəbərlər