Avstriya və Almaniyaya  güclü qar yağıb

Avstriya və Almaniyaya güclü qar yağıb

8 Yanvar 2019 06:14
Bəyəndim (0) Bəyənmədim (0)

Avropada qarlı və şaxtalı hava davam edir.

Mediainfo.az-ın rambler.ru-ya istinadən verdiyi xəbərə görə, Avstriya və Almaniyaya yağan güclü qar bu ölkələrdə həyatı iflic edib. Bəzi ərazilərdə qarın hündürlüyü 2 metrə çatır. Güclü qar 8 nəfərin ölümünə səbəb olub. Avstriyanın qış kurort zonalarına gedən yollar bağlanıb. Nəticədə minlərlə turistlə əlaqə kəsilib. Ona görə də bir çox ərazilərdə fövqəladə vəziyyət elan edilib. Güclü qar Avstriyanın Forarlberq və Zalsburq əyalətlərində 7, Bavariyada isə 1 nəfərin ölümünə yol açıb.Qarlı havanın həftəboyu davam edəcəyi gözlənilir.