Türkiyədə içərisində azərbaycanlılar da olan gəmi batıb

Türkiyədə içərisində azərbaycanlılar da olan gəmi batıb

7 Yanvar 2019 15:44
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin Samsun şəhərinə yaxın ərazidə gəmi batıb.

Gəminin ekipaj üzləri arasında azərbaycanlılar olub. Nəqliyyat vasitəsindən 7 nəfərin xilas edildiyi, 2-nin isə həlak olduğu bildirilir.

Xilas edilən ekipaj üzvlərindən 4-ü xəstəxanaya yerləşdirilib.

Rəsmi açıqlamaya görə, hazırda axtarışlar davam etdirilir.

Məlumatda bildirilir ki, gəmidə 13 nəfər olub, onlardan 9-u ukraynalı, 2-si azərbaycanlı və 2-si isə rusiyalıdır.

Minval.info