
Yollar can almaqda davam edir
Bakının Xətai rayonunda
dəhşətli yol qəza hadisəsi baş verib. Sürətlə hərəkət edən "Mercedes"lə "VAZ 2107" markalı avtomobil
toqquşub. Hadisə dünən axşam saatlarında baş verib.
Bakı şəhəri Xətai rayon Polis İdarəsindən verilən məlumata görə, Naximov küçəsində iki
avtomobil - 37 yaşlı Elşən Bağırovun idarə etdiyi "Mercedes 180" markalı avtomobillə 23
yaşlı Orxan Səfərovun idarə etdiyi "VAZ 2107" markalı maşın toqquşub.
O. Səfərov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Həkimlər "Azərsutikinti" xəstəxanasına aparılan digər sürücünün həyatını xilas
ediblər.
Xətai rayon prokurorluğunda cinayət işi açılıb, faktla bağlı araşdırma aparılır,
.
Digər xəbərlər