Yaponiyanın Kumamoto prefekturasında güclü zəlzələ olub
Yaponiyanın Kumamoto prefekturasında 5,1 bal gücündə zəlzələ baş verib.
Zəlzələnin episentri Naqomi şəhərinin yaxınlığında, ocağı isə 10 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar Fukuoka, Saqa və Oiça prefekturalarında da hiss olunub.
Dağıntılar və xəsarət alanlar barədə hələlik məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.
Kyodo agentliyinin bildirdiyinə görə, Kumamaoto AES-də ştatdankənar vəziyyət qeydə alınmayıb.
Zəlzələ Kyüşü adasında sürətli "Şinkansen" qatarlarının hərəkətinin avtomatik dayanmasına səbəb olub.(azərtac)
Digər xəbərlər



































.jpg)






































.jpg)




















