Rusiyada dəhşətli partlayış: ölənlərin sayı 32-yə qalxdı

Rusiyada dəhşətli partlayış: ölənlərin sayı 32-yə qalxdı

3 Yanvar 2019 07:01
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında qaz sızması nəticəsində baş verən partlayış və onun təsirindən binanın giriş hissəsinin uçması nəticəsində ölənlərin sayı 32-yə çatıb. Bundan başqa, dağıntılar altında 30 nəfərin qaldığı bildirilir. Onların sağ qalıb-qalmaması məlum deyil.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşı jurnalistlərə açıqlamasında məlumat verib. O, ölənlərdən birinin azyaşlı olduğunu bildirib.

Hazırda hadisə yerində 900 xilasedici və 220-yə yaxın texnika fəaliyyət göstərir.( axar.az)