Ukraynada 54 mindən artıq insan qızılca xəstəliyinə tutulub

Ukraynada 54 mindən artıq insan qızılca xəstəliyinə tutulub

3 Yanvar 2019 06:57
Bəyəndim (0) Bəyənmədim (0)

2018-ci ildə Ukraynada 54 mindən artıq insan qızılca xəstəliyinə tutulub. Hesabat ilində 16 nəfər bu xəstəlikdən dünyasını dəyişib.

Bu barədə Ukraynanın Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qızılca xəstəliyi ən çox Ukraynanın qərb bölgəsinin vətəndaşları arasında yayılıb. Lvov vilayətinin 11 min 873, İvani-Frankovsk vilayətinin 5617, Zakarpatiya vilayətinin isə 4733 sakini qızılca xəstəliyinə tutulub.

2018-ci ildə qızılca xəstəliyinə tutulanların 20 min 204 nəfəri böyük, 34 min 277 nəfəri isə uşaqdır.Azərtac