Balakən və Binəqədi rayonlarında yanğın baş verib

Balakən və Binəqədi rayonlarında yanğın baş verib

28 Dekabr 2018 09:41
Bəyəndim (0) Bəyənmədim (0)

Balakən rayonunun Şərif kəndində ümumi sahəsi 30 m² olan köməkçi tikilinin və ümumi sahəsi 35 m² olan talvarın yanar konstruksiyaları yanmışdır.

Mediainfo.az-a FHN-dan daxil olan məlumata görə, yüksək temperaturdan talvara bitişik birmərtəbəli evin eyvanının tavanı 4 m² sahədə qarsalanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 30 m² olan tikilinin (çörəkbişirmə sexi kimi fəaliyyət göstərir) yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı bina yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;