FİDE-nin fəxri üzvü Moskvada donaraq ölüb

FİDE-nin fəxri üzvü Moskvada donaraq ölüb

24 Dekabr 2018 14:56
Bəyəndim (0) Bəyənmədim (0)

Tanınmış riyaziyyatçı, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) fəxri üzvü Eduard Dubov Moskvanın Tepliy Stan rayonunda donaraq ölüb.

Mediainfo.az-ın rambler.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə hüquq -mühafizə orqanlarından daxil olan məlumatda deyilir.

Dekabr ayının 22-də Moskva kliniki xəstəxanasına şaxtadan donan, ancaq hələ yaşamaqda davam edən və kimliyi bilinməyən yaşlı bir nəfəri gətiriblər. Həkimlərin bütün səylərinə baxmayaraq sərxoş vəziyyətdə olan şəxsin həyatını xilas etmək mümkün olmayıb. Araşdırma zamanı həmin şəxsin tanınmış riyaziyyatçı, FİDE-nin fəxri üzvü Eduard Dubov olduğu məlum olub. Qeyd edək ki, mərhum Moskva Riyaziyyat Cəmiyyətinin üzvü, tanınmış pedaqoq, şahmat üzrə beynəlxalq dərəcəli hakim və adıçəkilən qurumun fəxri üzvü olub. Eduard Dubov həmçinin ötən əsrin 90-cı illərində Moskva Şahmat Federasiyasının prezidenti vəzifəsində çalışıb.