Goranboyda və Qaxda ev yanıb

Goranboyda və Qaxda ev yanıb

20 Dekabr 2018 10:56
Bəyəndim (0) Bəyənmədim (0)

Goranboy rayonunun Dəliməmmədli şəhərində ümumi sahəsi 100 m² olan dəmir konstruksiyadan ibarət kafenin penoplastdan ibarət divar üzlüyü və içərisindəki əşyalar 40 m² sahədə yanmışdır.

Mediainfo.az-a nazirlikdən verilən xəbərə görə, kafenin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Qax rayonunun Aşağı Malax kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları və içərisində olan əşyalar yanmışdır. Bitişik tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.