Ağcabədidə minik avtomobili ağaca çırpılıb
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Ağcabədi rayonunun Muğanlı kəndində "VAZ" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılmışdır.
Mediainfo.az-ın verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılmış vəziyyətdə qalmış sürücü 1987-ci il təvəllüdlü Abdullayev Şahin Rövşən oğlunun və sərnişin 2014-cü il təvəllüdlü Abdullayev Rövşən Şakir oğlunun meyitlərini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.
Digər xəbərlər





































.jpg)






































.jpg)


















