Bakıda və Ağsuda ev yanıb

Bakıda və Ağsuda ev yanıb

12 Dekabr 2018 09:22
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gecə Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 100 m² olan yardımçı tikilinin yanar konstruksiyaları yanmışdır.

Mediainfo.az-a FHN Mətbuat Xidmətindən verilən məlumata görə, yaxınlıqdakı ev və tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Bakı şəhərinin Səbail rayonunda isə ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Ağsu rayonunun Bico kəndində ümumi sahəsi 160 m² olan tövlənin yanar konstruksiyaları 138 m² sahədə, damına yığılmış 7 ton ot bağlamasının 5 tonu və içərisinə yığılmış 2 ton arpa yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürmə bölmələri tərəfindən söndürülmüşdür.