Jurnalistlər havadan silahlı hücuma məruz qalıb

Jurnalistlər havadan silahlı hücuma məruz qalıb

21 Aprel 2011 09:19
Bəyəndim (0) Bəyənmədim (0)

Səhər saatlarında məlumat verdiyimiz kimi, Misratada məşhur döyüş müxbiri öldürülüb. Amerikan Vanity Fair jurnalının işçisi olan ingilis Tim Hetherington Liviyada dostları ilə birlikdə havadan silahlı atışmaya məruz qalıb. Nəticədə həm məşhur döyüş fotoqrafçısı, həm də film rejissoru olan Tim aldığı güllə zərbələrindən hadisə yerindəcə ölüb.

İçlərində Getty İmage Agentliyinin foto müxbiri olan Kris Handrosun da olduğu daha 3 jurnalist də hadisə zamanı ağır güllə xəsarətləri alıblar. Jurnalistlərin vəziyyəti ağır olaraq qalır. Tim Əfqanıstanda sığınacaqda olan yorğun amerikan əsgərlərinin şəklini çəkməklə 2007-ci ildə Dünya Mətbuat Mükafatına layiq görülüb.

Hücumu Qəddafi güclərinin təşkil etməsi haqqında məlumatlar verilir.

Jurnalist ölmür, şəhid olur. Şəhidlik isə ən ali məqamdır.

Hafiz Əhmədov

O.M.