Uşaqları aparan avtobus qəzasında xəsarət alanların kimliyi məlum oldu
Qobu qəsəbəsində uşaqları aparan avtobusun qəzaya uğraması nəticəsində xəsarət alanların kimlikləri müəyyənləşib.
1 saylı Kliniki Tibbi Mərkəzdən BAKU.WS-ə verilən məlumata görə, yaralılar xəstəxanaya kəllə-beyin travması ilə daxil olublar.
2004-cü il təvəllüdlü Mehman Əsgərov, 1989-cu il təvəllüdlü Nümunə Məmmədli və 1952-ci il təvəllüdlü Zöhrə Əkbərova hadisə zamanı xəsarət alıb. Mehman Əsgərov və Zöhrə Əkbərova reanimasiyaya yerləşdiriliblər. Digər yaralı Nümunə Məmmədli isə palatada müalicə alır. Xəstəxanaya nisbətən yüngül xəsarətlə daxil olan daha bir şəxs isə ambulator müalicə üçün evə buraxılıb.
Digər xəbərlər





































.jpg)






































.jpg)


















