Daha bir nəfər dəm qazının qurbanı oldu

Daha bir nəfər dəm qazının qurbanı oldu

6 Dekabr 2018 16:15
Bəyəndim (0) Bəyənmədim (0)

Astarada 18 yaşlı tələbə dəm qazından zəhərlənərək vəfat edib. 2000-ci il təvəllüdlü, Astara rayon sakini İbrahimzadə Leyla İlşat qızı hamamda çimərkən dəm qazından zəhərlənib. Belə ki, Lənkəran Dövlət Universitetinin tələbəsi olan L.İbrahimzadə ötən gün bacısı Roza İbrahimzadənin evinə gedib. Bu zaman bədbəxt hadisə baş verib. Rayon prokurorluğunun əməkdaşları tərəfindən əməliyyat-istintaq qrupunun üzvləri ilə birlikdə hadisə yerinə baxış keçirilib. Meyitin müayinə olunması üçün ekspertiza təyin edilib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. (qafqazinfo)