"KAMAZ" "Şevrolet"lə toqquşub

"KAMAZ" "Şevrolet"lə toqquşub

2 Dekabr 2018 12:24
Bəyəndim (0) Bəyənmədim (0)

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xəzər rayonunda "KAMAZ" markalı yük avtomobili və "Chevrolet" markalı minik avtomobili toqquşmuşdur.

Mediainfo.az-a FHN-dən verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1 nəfər sərnişinin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.