Miqrant qadın ABŞ-dan 60 milyon dollar tələb edir

Miqrant qadın ABŞ-dan 60 milyon dollar tələb edir

28 Noyabr 2018 12:03
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın Texas ştatında miqrantların müvəqqəti saxlanılması mərkəzində 19 aylıq uşağı ölən və əslən Qvatememaladan olan Yasmin Xuares soyadlı qadın ABŞ hökumətindən 60 milyon dollar kompensasiya tələb edir.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə Assoşiayted Press-in yaydığı məlumatda deyilir..

Agentliyin məlumatında qeyd edilir ki, Yasmin Xuares vəkilləri vasitəsi ilə bununla bağlı ABŞ Gömrük polisi və İmmiqrasiya Agentliyinə qarşı məhkəmədə iddia qaldırıb. Xuaresin vəkilləri bildiriblər ki, miqrantların saxlanılması mərkəzində ana və qızı nəfəs yolları xəstəliyinə yoluxublar və balaca qız da bundan dünyasını dəyişib. Ona görə də ABŞ Gömrük polisi və İmmiqrasiya Agentliyi baş verənlərə görə məsuliyyət daşıyır.