Sürüşmə zonasındakı evlər söküləcək
Yaponiyalı mütəxəssislərin araşdırmalarından sonra sürüşmə zonasındakı evlər söküləcək.
Mediainfo.az-ın verdiyi məlumata görə, bu sözləri mətbuata açıqlamasında Baş naziirn müavini Hacıbala Abutalıbov deyib. Onun sözlərinə görə, yapon mütəxəssislər bölgədə apardıqları ilkin araşdırmalardan sonra bu qənaətə gəliblər ki, sürüşmə zonası iki dəfə böyüyəcək. Bununla əlaqədar yapon mütəxəssislərin Fövqəladə Hallar Nazirliyi ilə müqavilə bağladığını bildirən Abutalıbov onlar tərəfindən gətiriləcək avadanlıqların 5 yerdə qurulacağını və 4 aydan sonra araşdırmaların nəticələrinin FHN-nə təqdim ediləcəyini söyləyib. İşlərin 2019-cu ilin iyul ayının 1-də başa çatacağını deyən Baş nazirin müavini bütün hallarda sürüşmə zonasındakı evlərin hamısının söküləcəyini xüsusi qeyd edib.





































.jpg)






































.jpg)


















