Leysan yağışları Ərəbistanda fəsadlara yol açıb

Leysan yağışları Ərəbistanda fəsadlara yol açıb

22 Noyabr 2018 21:14
Bəyəndim (0) Bəyənmədim (0)

Səudiyyə Ərəbistanına aramsız olaraq yağan yağışlar bu ölkədə böyük fəsadlara yol açıb.

Mediainfo.az-ın verdiyi xəbərə görə, leysan yağışları böyük dağıntılara səbəb olub. Təbii fəlakət bölgəsindən verilən məlumatlara görə sel suları 35 nəfərin ölümünə yol açıb.

Səudiyyə Ərəbistanı Mülki Müdafiə Baş İdarəsi isə bildirib ki,ölkənin 10 vilayəti sel daşqınlarından daha böyük zərər görüb. Daşqınlar nəticəsində təkcə Məkkkədə 11 nəfər dünyasını dəyişib. Təbii fəlakət zonasından 10 minə yaxın adam başqa ərazilərə köçürülüb. Hazırda təbii fəlakət zonasında xilasetmə işləri davam edir.