Ukraynada qızılca xəstəliyinin artması təşvişə səbəb olub
Ukraynada qızılca xəstəliyinə tutulanların sayı sürətlə artmaqda davam edir.
Mediainfo.az-ın Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, təkcə son bir həftədə 2 minə yaxın adam qızılca xəstəliyinə tutulub. Onlardan 1707 nəfəri uşaqdır. Qeyd edək ki, bu ilin 10 ayı ərzində 40 min nəfər Ukraynada qızılca xəstəliyinə tutulub ki, onlardan da 25 min nəfəri uşaqlardır. Qızılca xəstəliyinə tutulanlar arasında ölüm halları da qeydə alınıb. Belə ki, son bir il ərzində 14 nəfər qızılcadan dünyasını dəyişib. Onlardan isə 10 nəfəri uşaqdır. Qızıca xəstəliyinin sürətlə artması isə öz növbəsində Ukraynada təşvişlə qarşılanmaqdadır. Ukrayna Səhiyyə nazirliyi ölkədə qızılca xəstəliyinin sürətlə yayılması ilə əlaqədar yardım xahişi ilə Beynəlxalq Səhiyyə Təşkilatına müraciət edib.





































.jpg)






































.jpg)


















