Formula-3 yarışmasındakı dəhşətli qəza anı – Video
Çində keçirilən Formula-3 çempionatında alman pilot Sofiya Flerşin düşdüyü qəzanın videosu yayılıb.
Makaodakı yarışda 4-cü dövrədə 17 yaşlı idmançının idarə etdiyi maşın rəqiblərindən biri ilə toqquşub. Toqquşmanın təsirindən avtomobil şosedən kənara uçub.
Flerş ciddi yara alıb və təcili xəstəxanaya yerləşdirilib.
Qəza zamanı iki fotoqraf olmaqla 3 tamaşaçı yaralanıb.
Axşama doğru idmançı xanım Tvitterdə status paylaşıb: "İstəyirəm hamı bilsin ki, qaydasındayam, səhər tezdən əməliyyat olunacağam. Dəstəyinizə görə hamınıza minnətdaram". (axar.az)
Digər xəbərlər





































.jpg)






































.jpg)


















