Konqoda qatar qəzası baş verib: 40 ölü

Konqoda qatar qəzası baş verib: 40 ölü

12 Noyabr 2018 09:48
Bəyəndim (0) Bəyənmədim (0)

Konqoda yük qatarının relsdən çıxması böyük faciəyə səbəb olub.

Mediainfo.az-ın verdiyi xəbərə görə, hadisə ölkənin şərqində yerləşən Kindu və Kamina şəhərləri arasında baş verib. Nəticədə 40-dan artıq adam dünyasını dəyişib, onlarla insan müxtəlif dərəcəli bədən xəsarəti alıb. Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.

Xatırladaq ki, bir il əvvəl Konqoda baş verən analoji qəza nəticəsində 35 adam ölmüşdü.