Çındə zavodda partlayış baş verib

Çındə zavodda partlayış baş verib

8 Noyabr 2018 10:04
Bəyəndim (0) Bəyənmədim (0)

Çinin Xebey əyalətindəki Mineral gübrələr zavodunda partlayış baş verib.

Mediainfo.az-ın CGTN agentliyinə istinadən verdiyi məlumatına görə, partlayış nəticəsində 6 nəfər həlak olub, daha 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Partlayışa səbəb zavoddakı peçin yüksək dərəcəli təzyiqə tab gətirməməsi olub.

Xatırladaq ki, bu ilin fevral ayında Çinin Şandun əyalətindəki Kimya zavodunda da baş verən anoloji partlayışda 4 nəfər həlak olmuş, 6 nəfər isə yaralanmışdı.